[ 27 Dekabr 2014 10:30 ]
Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda Müəssisə İnformasiya Sistemi, sənaye klasterləri və start-up yaradılacaq.
APA-nın məlumatına görə, bu, prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
İqtisadiyyat və Sənaye Nazirliyi 2015-2016-cı illər ərzində sənaye müəssisələrinin fəaliyyətinə dair ətraflı məlumatları əhatə edən Müəssisə İnformasiya Sisteminin yaradılmasını təmin etməlidir. 2015-2020-ci illər ərzində sənaye klasterlərinin yaradılmasına dair təkliflər hazırlanması və müvafiq tədbirlərin həyata keçirilməsi isə İqtisadiyyat və Sənaye Nazirliyi ilə yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. İqtisadiyyat və Sənaye Nazirliyi 2015-ci ildə həm də sənayeyönlü yeni kiçik və orta şirkətlər (start-up) yaradılmasının dəstəklənməsinə dair beynəlxalq təcrübəni öyrənməli, təkliflər hazırlamalı və aidiyyəti üzrə təqdim etməlidir.