x
Loading...
.

Azərbaycan gəncliyi həyatımızın bütün sahələrində fəallığı ilə seçilir

Azərbaycan gəncliyi həyatımızın bütün sahələrində fəallığı ilə seçilir
18:18 27 Yanvar 2015
148 Ölkə
Ölkə mətbuatı
A- A+
.


Masallı, 27 yanvar, Bağır Əliyev, AzərTAc
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı gənclər birliyinin 2014-cü ildə gördüyü işlər və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilib.
AzərTAc xəbər verir ki, gənclər birliyinin sədr müavini Cəlal Əliyev hesabat məruzəsi ilə çıxış edib.
Gənclərin cəmiyyətdəki rolundan, rayonun ictimai-siyasi, mədəni həyatında, idmanda, təhsildə və digər sahələrdə qazandıqları uğurlardan söhbət açan C.Əliyev bildirib ki, Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanmasında və möhkəmləndirilməsində, dövlətçiliyin inkişaf etdirilməsində də fəallıq göstərərək tarixi nailiyyətlər qazanıblar.
Qeyd olunub ki, müasir şəraitdə dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, azad, demokratik düşüncənin formalaşması ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub. Bu gün ölkəmizdə gənclərə diqqət və qayğı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti hazırda Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişafı Strategiyası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 26 yanvar tarixli Sərəncamı dövlətin gəncliyə göstərdiyi qayğının bariz nümunəsidir.
Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.
Bildirilib ki, bu diqqət və qayğıya əməli işlə cavab verən Azərbaycan gəncliyi həyatımızın bütün sahələrində fəallığı ilə seçilir, dövlətə və dövlətçiliyə sadiqdir.
Diqqətə çatdırılıb ki, hazırda partiyanın rayon təşkilatında YAP üzvlərinin 27, ötən il partiya sıralarına qəbul edilənlərin 53,7 faizini gənclər təşkil edir. YAP üzvlərinin 30,7 faizi ali, 15,2 faizi orta-ixtisas təhsilli gənclərdir. Ötən il bələdiyyə seçkilərində rayon üzrə 366 bələdiyyə yerinə seçilmiş üzvlərdən 116-nı gənclər təşkil edib.
Toplantıda cari ildə görüləcək işlərlə bağlı müzakirələr aparılıb, bir qrup gənc YAP sıralarına daxil olmaq üçün ərizə ilə müraciət edib, partiyanın və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə gənclərin bir qrupuna qiymətli hədiyyələr verilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_gencliyi_heyatimizin_butun_sahelerinde_fealligi_ile_sechilir-827849

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR