Bakı, 27 yanvar, AzərTAc
“SOCAR”-ın Türkiyədəki ən böyük aktivi olan “Petkim” Neft-Kimya Holdinqinin mövcud elektrik və buxar ehtiyacı hazırda təbii qaz vasitəsilə ödənilir.
Bu barədə AzərTAc-a ARDNŞ-in mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, “SOCAR Power” elektrik və buxar ehtiyacının təbii qazdan daha ucuz olan idxal kömürü vasitəsilə ödənilməsi üçün “Petkim”in istehsalat sahəsində kogenerasiya bölməsinin (“Petkojen”) tikintisi üzrə layihəni həyata keçirir.
Layihənin Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi hissəsi artıq başa çatıb, elektrik enerjisi istehsalı üzrə lisenziya prosesi isə davam etməkdədir.