“Arşın mal alan” operettası Özbəkistan Milli Dram Teatrında nümayiş olunub

18:42 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 18:36 ]


Bakı. Cavid Zeynallı - APA. Özbəkistan Milli Dram Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası əsasında hazırlanmış konsert-tamaşa göstərilib.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanın Özbəkistandakı səfirliyi və qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə hazırlanan konsert-tamaşanın bədii rəhbəri və dirijoru Özbəkistanın əməkdar incəsənət xadimi, professor Firuza Abdurahmanovadır.

 

Tamaşada musiqi nömrələrini “Qolden Trophu” Ansamblı və “Soqdiana” Dövlət Xalq Çalğı Alətləri Kamera Orkestri ifa edib. Konsert-tamaşada operettadan ariya, duet və mahnılar, xor nömrələri ifa olunub.

 

Konsert-tamaşada Əsgərin və Gülçöhrənin ariyalarını beynəlxalq müsabiqələr laureatları Rüstəm Alimardanov və Masuma Boltabaeva oxuyub.

 

Nazirlikdən əlavə ediblər ki, "Arşın mal alan" tamaşası Özbəkistanda populyardır. Üzeyir Hacıbəylinin bu əsərinə dəfələrlə özbək və rus dillərində səhnə həyatı verilib. Əsər bir neçə il əvvəl paytaxtdakı Operetta Teatrında rus dilində tamaşaya qoyulub, hazırda repertuardadır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370583

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR