Prezident İlham Əliyev Qubanın icra başçısını dəyişdi

Prezident İlham Əliyev Qubanın icra başçısını dəyişdi
18:47 27 Yanvar 2015
245 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mübariz Alı oğlu Ağayevin Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Mübariz Alı oğlu Ağayev Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".

Prezident İlham Əliyevin digər sərəncamı ilə Qubaya yeni icra hakimi təyin edilib.

Prezidentin bununla bağlı verdiyi sərəncamda deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Yaşar Qəhrəman oğlu Məmmədov Quba rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/321302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR