Ölkə sellə boğuşur, baş nazir kef edir (FOTO)

Ölkə sellə boğuşur, baş nazir kef edir (FOTO)
10:46 27 Dekabr 2014
122 Dünya
Ölkə mətbuatı
A- A+

Malayziya baş naziri ölkə xalqını əsəbləşdirib. Buna səbəb isə ölkəsinin sellə boğuşduğu bir zamanda onun əylənməsi olub. ANS PRESS-in məlumatına görə, Malayziya son 30 ilin ən şiddətli daşqınları ilə üz-üzə qalıb.

Sel səbəbilə 160 mindən çox insan yaşayış yerindən təxliyyə edilib. İlkin məlumata görə, 5 nəfər həyatını itirib. Ölkə miqyasında bütün Yeni il tədbirləri ləğv edilib.

Bu ağır günlərdə isə baş nazir Necib Rezak isə tətilə çıxaraq ABŞ-a yollanıb. O, Havay adalarında istirahət edən ABŞ prezidenti Barak Obama ilə qolf oynayıb.

Onun oyun zamanı yayılan görüntüləri evsiz qalan əhalinin hiddətinə səbəb olub. Sosial şəbəkələrdə yayılan fotolar “Niyə fövqəladə hal elan edilmir?", "Baş nazir haradadır?", "Əhali sellə boğuşanda nazir necə tətil edə bilər?", "Obamaya yox demək çox çətindir?" kimi şərhlərə səbəb olub.

Sərt reaksiyalardan sonra Necip Rezakın məzuniyyətini yarımçıq saxladığı elan edilib. Onun bir necə günə 30 ilin ən güclü fəlakəti ilə üzləşən ölkəsinə geri dönəcəyi gözlənilir.







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316606

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR