Putin: Bu qana son qoyulmalıdır

Putin: Bu qana son qoyulmalıdır
18:51 27 Yanvar 2015
235 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Ukrayna rəhbərliyi və "Donetsk" və "Luqansk" respublikalarının hakimiyyətinin arasında siyasi dialoqa ehtiyac olduğunu qeyd edib.

ANS PRESS-in məlumatına görə, bu haqda Kremlin mətbuat xidməti açıqlama yayıb.

Bu məsələni Putin Fransanın və Almaniyanın liderləriylə telefon söhbətlərinin gedişatında müzakirə edib.

"Putin Kiyev hakimiyyətinin və "Donetsk" ilə "Luqansk" nümayəndələrinin arasında siyasi dialoqun təcili vacibliyini qeyd edib. Qan tökmənin və münaqişənin dayandırılması üçün böhranın nizama salmasına danışıqlarla son qoymaq olar", - Rusiya prezidentinin mətbuat xidmətinin xəbərində deyilir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322078

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR