“Azərsun Holdinq” yeni brend nişanını təqdim edib - FOTO

“Azərsun Holdinq” yeni brend nişanını təqdim edib - FOTO
18:57 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 18:51 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Azərsun Holdinq” son 6 ay ərzində dünyaca məşhur “Lamarq” şirkəti ilə birgə zəruri addımlar ataraq yeni brend nişanı hazırlayıb.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, fəaliyyətə başlamasının 24-cü ilinə qədəm qoyan “Azərsun”un yeni brend nişanı üzərində olan 19 ulduz istisna olmaqla əvvəlki nişandan köklü şəkildə fərqlənir. Yeni brend nişanının əsasını böyük “A” hərfi təşkil edir ki, bu da “Azərsun” sözünü ifadə edir. Hərfin üzərində dövrə edən dairələrisə özündə brendin beynəlxalq, inkişafda olan və dinamik olduğunu əks etdirir. Dairələrin üzərinə həkk olunmuş 19 ulduz “Azərsun”un davranış nizamnaməsini təşkil edən qaydaların (ədalətlilik, vicdanlılıq, keyfiyyət siyasəti, dürüstlük, çeviklik və s.) sayını bildirir .

 

“Azərsun Holdinq”ə məxsus bu nişanın tərtibatında istifadə olunan yaşıl və göy rənglər şirkətin Kütləvi Tələbat Malları Sektoruna (FMCG) aid olduğunu və ətraf mühitin mühafizəsinə xüsusi diqqətlə yanaşdığını ifadə edir.

 

Qeyd edək ki, İlham Əliyev tərəfindən “Kənd təsərrüfatı ili” elan olunmuş 2015-ci ildə

“Azərsun Holdinq” ənənəsinə sadiq qalaraq ölkəmizdə qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcək və yerli məhsulların daha da geniş coğrafi əraziyə ixrac olunması üçün zəruri addımlar atacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370590

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR