Play Store

Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu 20 növ elektron xidmət göstərəcək

19:03 27 Yanvar 2015
126 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 27 yanvar, Rauf Əliyev, AzərTAc
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhaliyə 20 növ elektron xidmətin göstərilməsi nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə bağlı yaradılacaq həmin elektron xidmətlərin artıq 10-u aktivdir.
AzərTAc xəbər verir ki, hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə vətəndaşlara və təşkilatlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
Sığortaolunanların fərdi hesabları üzrə ödənilmiş sığorta haqları barədə məlumat bazasının yaradılması, məcburi dövlət sosial sığorta haqlarının toplanması və fərdi uçotun qurulması, pensiyaların məbləğinin hesablanması, onların ödənişi və ödənişinə nəzarətin avtomatlaşdırılması həmin tədbirlərin tərkib hissəsini təşkil edir.
Buraya məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi, pensiya kalkulyatoru, sığortaolunanın onlayn uçota alınması, sığortaolunanlara məlumatların verilməsi, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin, hamiləliyə və doğuşa, uşağın anadan olmasına, uşağın üç yaşına çatanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəllərinin təqdim olunması, pensiyaçıya məlumatın verilməsi, pensiya təyinatı və pensiya növünün dəyişdirilməsi üçün müraciətlərin və sənədlərin qəbulu elektron xidmətlər daxildir.
Fond tərəfindən 2014-cü ilin noyabr ayından avtomatlaşdırılmış pensiya təyinatı sistemi istifadəyə verilib.
Yaxın gələcəkdə sığorta-pensiya sistemində nəzərdə tutulan digər elektron xidmətlərin də əhaliyə təqdim olunması planlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_Muxtar_Respublikasinin_Dovlet_Sosial_Mudafie_Fondu_20_nov_elektron_xidmet_gosterecek-827876

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR