ATƏT sədrindən Ermənistan və Azərbaycana ÇAĞIRIŞ

ATƏT sədrindən Ermənistan və Azərbaycana ÇAĞIRIŞ
19:04 27 Yanvar 2015
136 Ölkə
Ölkə mətbuatı
A- A+

İvitsa Daçiç: “Həmsədrlərin atəşkəsi möhkəmləndirmək və danışıqlar üçün bərabər baza yaratmaq səylərini dəstəkləyirəm”

 

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Azərbaycan-Ermənistan sərhədində və Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən son hadisələrdən narahat olduğunu bildirib.

 

APA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə,  İ. Daçiç tərəfləri atəşkəsə tam riayət etməyə və 1994-cü ilin mayında imzalanmış atəşkəs sazişində müəyyən olunduğu kimi, hərbi qarşıdurmanı dayandırmağa çağırıb: “İnsan ölümlərinə səbəb olan silahlı toqquşmalardan kədərlənirəm, tərəfləri məsuliyyət nümayiş etdirməyə, gərginliyi daha da artıracaq addımlardan qaçmağa çağırıram”.

 

İ. Daçiç qeyd edib ki, yalnız prezidentlər səviyyəsində yox, digər səviyyələrdə də birbaşa təmaslar qurmaq zəruridir: “2014-cü ildə Azərbaycan və Ermənistan prezidentləri arasında Soçidə, Nyuportda və Parisdə olan görüşlər doğru istiqamətdə müsbət addımlar idi. ATƏT birbaşa təmasları asanlaşdırmağa çalışır, lakin tərəflər də öz növbələrində komandanlıqlarını yuxarı pillədən aşağı pilləyədək atəşkəsə riayət etməyə məcbur etməlidirlər. Mən xüsusi nümayəndə Anjey Kaspşikə dəstəyimi ifadə edirəm. Ona birbaşa təması asanlaşdırmaq tapşırılıb və o, tərəflərin də yardımı ilə daha çox sülhyaradıcı tədbirlər hazırlayır. Mən həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin atəşkəsi möhkəmləndirmək və danışıqlar üçün bərabər baza yaratmaq səylərini dəstəkləyirəm”.

 

ATƏT-in fəaliyyətdə olan sədri tərəfləri ATƏT-in bütün vasitələrindən yararlanmağa, yekun və dinc nizamlanma üçün tədbirli addımlar atmağa çağırıb.

 

ATƏT-in baş katibi Lamberto Zanier də bu bəyanatı dəstəkləyib və tərəfləri ATƏT-in Minsk Qrupu tərəfindən aparılan siyasi prosesə yenidən qoşulmağa səsləyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191656

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR