Sumqayıt-Bakı yolunda böyük tıxac yaranıb

10:47 27 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 10:46 ]

Bakı. Musa Əhmədov – APA-Economics. Bu gün səhər saatlarında Sumqayıt-Bakı yolunda şəhər istiqamətinə doğru böyük tıxac yaranıb. “APA-Economics”in məlumatına görə, tıxac ekoloji postdan paytaxt istiqamətinə doğru uzanır. 

 

Hərəkətin iflic olmasına “Şamaxinka” adlanan ərazidə köməkçi yolun təmirinin səbəb olduğu bildirilir. Köməkçi yollla hərəkət mümkün olmadığından nəqliyyat vasitələrinin hamısı tunellə hərəkət emək məcburiyyətində qalıb ki, bu da böyük tıxaca səbəb olub.

 

Qeyd edək ki, bu ərazidə təmir işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367466

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR