Play Store

ABŞ Prezidenti yeni kralla tanış olmaq üçün Səudiyyə Ərəbistanına gəlib

ABŞ Prezidenti yeni kralla tanış olmaq üçün Səudiyyə Ərəbistanına gəlib
19:13 27 Yanvar 2015
190 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, AzərTAc
ABŞ Prezidenti Barak Obama Səudiyyə Ərəbistanı əhalisinə kral Abdullah bin Əbdüləzizin vəfatı ilə əlaqədar başsağlığı vermək, yeni kralla görüşmək və dünyanın aktual problemlərini müzakirə etmək üçün Ər-Riyada gəlib.
AzərTAc Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, 30 nəfərlik nümayəndə heyəti ilə Ər-Riyada səfər edən Barak Obamanı kral Salman bin Əbdüləziz Al-Səud qarşılayıb.
ABŞ Prezidenti səfər əsnasında Səudiyyə Ərəbistanı rəhbərliyi ilə terrorla mübarizə, Yəməndəki böhran və neft bazarındakı vəziyyəti müzakirə edəcək.
Bir qədər əvvəl Barak Obamanın kral Abdullahın vəfatı ilə əlaqədar olaraq Hindistan səfərini ixtisar etmək qərarına gəldiyi bildirilirdi.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_Prezidenti_yeni_kralla_tanis_olmaq_uchun_Seudiyye_Arebistanina_gelib-827882

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR