x
Loading...
.

Azərbaycanda cinayətlərin 86 faizi böyük ictimai təhlükə törətməyən və az ağır növlər olub

Azərbaycanda cinayətlərin 86 faizi böyük ictimai təhlükə törətməyən və az ağır növlər olub
19:23 27 Yanvar 2015
68 Sosial
Ölkə mətbuatı
A- A+
.

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İlkin İzzət/

Ötən il Azərbaycanda əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 24 500-dən çox cinayət qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə yanvarın 27-də DİN-də 2014-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib.

O, deyib ki, hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 24.607 cinayət qeydə alınıb. Onların 91 faizini və ya 22.297-ni daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib. Bu cinayətlərin 86 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14 faizi ağır və xüsusilə ağır növlər olub.

Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlərin açılması da müsbət nəticələr verib və 2013-cü illə müqayisədə 46,5 faiz çox və ya 416, o cümlədən 69,5 faiz çox, yaxud 104 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib.

Əməliyyat planlarının vaxtında tətbiqi və “102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilən operativ tədbirlərlə 1.223 cinayət “isti izlərlə” açılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2357802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR