x
Loading...
.

Tripoli: İŞİD yaraqlılarının otelə hücumu nəticəsində beş girov və üç mühafizəçi həlak olub

Tripoli: İŞİD yaraqlılarının otelə hücumu nəticəsində beş girov və üç mühafizəçi həlak olub
19:23 27 Yanvar 2015
198 Dünya
Ölkə mətbuatı
A- A+
.


Bakı, 27 yanvar, AzərTAc
Liviyanın paytaxtı Tripolidə oteli ələ keçirən İŞİD yaraqlılarının hücumu nəticəsində beş əcnəbi girov və üç mühafizə xidməti əməkdaşı həlak olub.
AzərTAc İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, beş nəfər silahlı şəxs “Corinthia” otelinə soxularaq atəş açmağa başlayıb. Bundan sonra otelin avtomobil dayanacağında güclü partlayış baş verib.
Bəzi məlumatlara görə hücum edənlərdən biri həbs olunub, iki nəfər isə hələ də oteldədir.
Otel əməkdaşları “Corinthia”da İtaliya, Böyük Britaniya və Türkiyə vətəndaşlarının qaldığını bildirirlər. Bundan başqa burada adətən Liviyanın keçmiş Baş naziri Omar əl-Hasi də dayanırdı. Lakin hadisə zamanı nə o, nə də onun yaxınları oteldə olmayıb.
Qeyd edək ki, 2013-cü ildə keçmiş Baş nazir Əli Zeydan məhz bu oteldən oğurlanmışdı.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tripoli_ISID_yaraqlilarinin_otele_hucumu_neticesinde_bes_girov_ve_uch_muhafizechi_helak_olub-827888

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR