x
Loading...

Danışılmış oyun iddiasına “Qarabağ”dan MÜNASİBƏT

Danışılmış oyun iddiasına “Qarabağ”dan   MÜNASİBƏT
19:42 27 Yanvar 2015
343 İdman
Ölkə mətbuatı
A- A+
.

"Bu yoldaşlıq görüşüdür, hansısa danışılmış oyundan söhbət gedə bilməz". Fanat.az report.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş meneceri Asif Əsgərov deyib.


Türkiyənin Antalya bölgəsində qış təlim-məşq toplanışı zamanı Bolqarıstan "Levski"si ilə keçirilən görüşün danışılmış oyun olmasına münasibət bildirən klub rəsmisi bunun mümkünsüz olduğunu bildirib. O, "Qarabağ"ın heç bir danışılmış oyunda iştirak etmədiyini vurğulayıb: "Qarabağ" danışılmış oyunda iştirak etməyib. Ola bilər ki, bu, Bolqarıstan mətbuatının uydurmasıdı. Belə hal mümkünsüzdü, ağıllarına nə gəlirsə, yazırlar. Sizcə "Qarabağ" hansısa bir danışılmış oyunda iştirak edər? Referinin sonradan dəyişməsi məsələsinə gəldikdə, baş hakimin Ömər Paşayev olacağı əvvəlcədən məlum idi".


Oyunda penalti epizodlarının çoxluğundan danışan baş menecer bunun klubdan yox, oyunun baş hakimindən asılı olduğunu söyləyib.


Qeyd edək ki, Bolqarıstan mətbuatı qış təlim-məşq toplanışı zamanı Antalya bölgəsində keçirilən "Qarabağ" - "Levski" (0:3) matçının danışılmış oyun olduğunu iddia edir.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-danlm-oyun-iddiasna-qarabadan-t17845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR