Ali məktəblərlə istehsal arasında əlaqələr gücləndiriləcək - SƏNƏD

Ali məktəblərlə istehsal arasında əlaqələr gücləndiriləcək - SƏNƏD
10:54 27 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Sənayenin rəqabət qabiliyyətinə və ixrac potensialına təsir edən amilləri araşdırılacaq. Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramında qeyd olunur.
 

Sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, eyni zamanda hər bir sektor üzrə araşdırmaların aparılması, potensial istehsal sahələrinin müəyyən edilməsi də nəzərdə tutulub.

Bundan başqa, qeydolunan sənədə əsasən mövcud istehsal sahələrinin inkişaf etdirilməsi və yeni istehsal sahələrinin yaradılacaq. Sənayenin regional strukturunun təkmilləşdirilməsi və sənaye standartlarının təkmilləşdirilməsi də nəzərdə tutulub.

Orta ixtisas və ilk peşə-ixtisas təhsil müəssisələrinin potensialı gücləndiriləcək. Texniki sahələrdə ixtisaslı kadrların hazırlanması imkanlarının genişləndiriləcək.

Ali, orta ixtisas, ilk peşə-ixtisas təhsil müəssisələri və elmi təşkilatlar ilə istehsalat arasında əlaqələr gücləndiriləcək. Sənayenin elmi təminatının gücləndirilməsi, təhsil müəssisələrinin kadr hazırlığı üzrə fəaliyyətinin əmək bazarının tələblərinə uyğun təşkil ediləcəyi də nəzərdə tutulub.


 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR