Ötən il DİN-in 41 əməkdaşı xidmətdən azad edilib

Ötən il DİN-in 41 əməkdaşı xidmətdən azad edilib
19:47 27 Yanvar 2015
54 Sosial
Ölkə mətbuatı
A- A+

2014-cü ildə vətəndaşla kobud rəftara görə Daxili İşlər Nazirliyinin (DİN) 133 əməkdaşı barədə müvafiq tədbir görülüb. APA-nın məlumatına görə, bu barədə DİN naziri Ramil Usubov bu gün keçirilən genişləndirilmiş kollegiya iclasında bildirib. Nazir qeyd edib ki, xalqa xidmət funksiyalarının icrasının və vətəndaş məmnunluğunun daha effektli təşkilinin zəruriliyi baxımından, qanunçuluğun qorunması işinə də tələbkarlıqla yanaşılıb.

Nəticədə, insan hüquqlarının pozulması hallarına yol verən əməkdaşların sayı 4 faiz, o cümlədən əsassız saxlamalar 11,4 faiz azalıb, döymə, işgəncə vermə, qanunsuz axtarış aparma halları qeydə alınmayıb. İnsan hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayətlər hərtərəfli və obyektiv araşdırılaraq təsdiqlənmiş faktlar üzrə qanuni qərarlar qəbul edilib. Belə ki, daxili nəzarət qaydasında həyata keçirilən tədbirlər nəticəsində vətəndaşlarla kobud rəftara görə 133, əsassız saxlamaya görə 31, əsassız polisə gətirməklə bağlı 38 fakt üzrə 343 əməkdaş barəsində müvafiq tənbeh tədbirləri görülüb.

Eyni zamanda, korrupsiya hüquqpozmaları ilə əlaqədar intizam məsuliyyətinə cəlb olunmuş 85 əməkdaşdan 41-i xidmətdən xaric edilib, 28-i aşağı vəzifəyə keçirilib, 16-ı barədə digər tənbeh növləri tətbiq edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/321304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR