Azərbaycan hökuməti Gəncə və Mingəçevirdə sənaye parklarının yaradılmasına qərar verib

10:57 27 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 10:52 ]

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan hökuməti Gəncə və Mingəçevirdə sənaye parklarının yaradılması barədə yekun qərar verib.

 

APA-nın məlumatına görə, bu, prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

 

Qeyd edək ki, prezident İlham Əliyev 13 mart 2014-cü ildə təsdiqlədiyi “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda İqtisadiyyat və Sənaye Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Gəncə Şəhər İcra Hakimiyyəti və Mingəeçvir Şəhər İcra Hakimiyyətinə - Gəncədə və Mingəçevirdə sənaye parklarının yaradılması ilə bağlı təkliflərin Azərbaycan prezidentinə təqdim edilməsi tapşırılmışdı. Prezident İlham Əliyev tərəfindən dünən təsdiqlənən “Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na isə qeyd edilib ki, İqtisadiyyat və Sənaye Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Gəncə Şəhər İcra Hakimiyyəti 2015-2018-ci illər ərzində Gəncədə sənaye parkının yaradılması, infrastrukturunun formalaşdırılması və fəaliyyətinin təşkil edilməsini təmin etməlidir. 2015-2018-ci illərdə Mingəçevirdə də sənaye parkı yaradılmalıdır.

 

Dövlət Proqramında İqtisadiyyat və Sənaye Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinə 2015-2017-ci illər ərzində Sumqayıt Kimya Sənaye Parkında infrastruktur işlərinin yekunlaşdırılması, parkın fəaliyyətinin təkmilləşdirilməsini, İqtisadiyyat və Sənaye Nazirliyi və  Bakı Şəhər İcra Hakimiyyətinə  2015-2017-ci illər ərzində Balaxanı Sənaye Parkında infrastruktur işlərinin yekunlaşdırılması, parkın fəaliyyətinin təkmilləşdirilməsini təmin etmək tapşırılıb.  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə 2015-2016-cı illər ərzində Yüksək Texnologiyalar Parkının infrastrukturunun formalaşdırılması və fəaliyyətinin təşkilini təmin etməlidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR