Facebook bu il rekord vuracaq

Facebook bu il rekord vuracaq
20:05 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

eMarketer analitik agentliyinin məlumatına görə, Facebook sosial şəbəkəsinə mobil qurğular vasitəsilə daxil olan istifadəçilərin faizinə görə İndoneziya liderdir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, bu ölkədə Facebook istifadəçilərinin 92,4 faizi (62.6 milyon) ayda ən azı 1 dəfə smartfon vasitəsilə sosial şəbəkəyə daxil olur. Ötən il bu göstərici 88,1 faiz, 2013-cü ildə 77,7 faiz təşkil edib.
 
İndoneziya Facebook sosial şəbəkəsində istifadəçi auditoriyasına görə yalnız ABŞ və Hindistandan geri qalır.
 
Sözügedən sosial şəbəkədə ABŞ istifadəçilərinin sayı aylıq təxminən 140 milyon təşkil edir və onların 79,1 faizi mobil qurğular vasitəsilə Facebooka daxil olur. Hindistanda bu göstərici aylıq 100 milyondan çox aktiv istifadəçiyə bərabərdir.
 
EMarketer analitikləri, həmçinin qeyd edirlər ki, İndoneziyada smartfonlar vasitəsilə sosial şəbəkəyə daxil olan istifadəçilərin 98,7 faizi Facebook sosial şəbəkəsinə daxil olur.
 
Agentliyin proqnozuna görə, 2015-ci ildə Facebookun təxminən 1 milyard istifadəçisi ayda ən azı 1 dəfə mobil qurğular vasitəsilə sosial şəbəkəyə daxil olacaq.
 
Xatırladaq ki, ötən ilin oktyabrında İndoneziya Facebook şirkətinin Internet.org layihəsinə qoşulub. Bu əməkdaşlıq on milyonlarla indoneziyalının internetə rahat və ucuz çıxışı üçün nəzərdə tutulub.
 
eMarketerin proqnozuna görə, 2017-ci ilədək Facebookun mobil istifadəçilərinin sayı üzrə ölkələrin reytinqində Hindistan ABŞ-ı ötərək birinci pilləni tutacaq. İndoneziya reytinqdə üçüncü pillədə qalacaq.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/321242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR