Play Store

Ukraynada yaşayan azərbaycanlılar üçün hərəkətə keçdilər

Ukraynada yaşayan azərbaycanlılar üçün hərəkətə keçdilər
20:06 27 Yanvar 2015
251 Dünya
Ölkə mətbuatı
A- A+

Son günlər Ukraynanın şərqində vəziyyət ağırlaşıb. Hər gün çoxlu sayda ölənlər və yaralananlar haqda xəbərlər yayılır.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diaspora təşkilatının rəhbəri Hikmət Cavadov AMS PRESS-ə açıqlamasında bildirdi ki, son hücümlar zamanı ölən və yaralananlar arasında azərbaycanlı yoxdur.

“Vəziyyət olduqca mürrəkkəbdir. Son hücümlarda azərbaycanlılardan ölən və yaralanan olmayıb. Döyüşlər başlayandan sonra soydaşlarımızın böyük bir hissəsi döyüş zonalarını tərk ediblər. Xüsusən də son günlər Mariupol şəhərində baş verən məlum partlayışla bağlı araşdırma aparırıq. Orada olan həmyerlilərimizdən 2 nəfərlə əlaqəmiz var və onlardan aldığımız məlumata görə, Mariupolda azərbaycanlılardan partlayış zamanı xəsarət alan olmayıb. Bəzən orada olanlarla əlaqə yaratmaq təhlükəsizlik baxımdan çətin olur. İmkanımız çərçivəsində azərbaycanlılara köməyimizi davam etdiririk”,

Hikmət Cavadov onu da qeyd etdi ki, hazırda döyüşlərin getdiyi Donetsk və Luqansk vilayətlərində müharbə başlandığı günə olan məlumata görə, təxminən 10 minlərlə azərbaycanlı yaşayır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=322251

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR