Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 27 Yanvar - VİDEO

20:17 27 Yanvar 2015
91 Digər
Ölkə mətbuatı
A- A+



Günün şərhi

Bakı-APA. Neft bazarında əsas oyunçular arasında münasibətlərin pozulması qiymətlərin stabilləşməsinə mane olan əsas amildir. Ötən il OPEK ABŞ-ın xeyir-duası ilə gündəlik neft hasilatını aşağı salan zaman məqsəd qiymətlərin daha da artmasına nail olmaq idi. Lakin ABŞ fürsətdən istifadə edərək bazardakı boşluğu öz şist yanacağı hesabına doldurdu və bununla da tərəflər arasında centlmen sazişi pozulmuş oldu. OPEK-in yenidən hasilat səviyyəsini qaldırması isə bazarda təklifin artırdı ki, qiymətlərin sürətlə aşağı düşməsinin əsas səbəbi də bu idi. Sürətli ucuzlaşmaya rəğmən gündəlik hasilatı salmamaq barədə qərarın ABŞ-ın təkidi ilə qəbul edildiyi və bu siyasətin Rusiya və İrana qarşı yönəldiyi iddia olunsa da, fakt odur ki, qiymətlərin ucuzlaşması ilk növbədə ABŞ-ı neft bazarından sıxışdırıb çıxarmağa hesablanıb. OPEK Birləşmiş Ştatları satıcı deyil, alıcı qismində görmək arzusundadır və bu arzusuna doğru addım-addım irəliləyir. Çünki hazırkı texnologiyalarla şist yanacağı emal etmək ABŞ-a sərf etmir, Birləşmiş Ştatların bu prosesdən qazanclı çıxması üçün neftin bir barelinin ən az 100 dollar olması lazımdır. Bəs şist yanacağı emal edən amerikan şirkətləri qiymətlərin ucuzlaşmasına davam gətirə biləcəkmi? Yəqin ki, xeyr. Okeanın o tayından gələn xəbərlərə inansaq, artıq ABŞ-ın neft emalı şirkətləri zərərdən sığortalanmaq üçün həm hasilatı aşağı salır, həm də kütləvi ixtisarlara başlayır. Yəqin ki, neft oyununun ilk hissəsi OPEK-in qələbəsi ilə başa çatacaq. Elə buna görə də OPEK sədrinin yaxın bir neçə ildə neftin qiymətinin 200 dollaradək bahalaşacağı proqnozunda arxayınlıq tonu kifayət qədərdir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370599

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR