Sumqayıt-Bakı yolunda böyük tıxac yaranıb

Sumqayıt-Bakı yolunda böyük tıxac yaranıb
11:04 27 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Sumqayıt-Bakı yolunda şəhər istiqamətinə doğru böyük tıxac yaranıb.

APA-Economics”in məlumatına görə, tıxac ekoloji postdan paytaxt istiqamətinə doğru uzanır. 

 

Hərəkətin iflic olmasına “Şamaxinka” adlanan ərazidə köməkçi yolun təmirinin səbəb olduğu bildirilir. Köməkçi yollla hərəkət mümkün olmadığından nəqliyyat vasitələrinin hamısı tunellə hərəkət emək məcburiyyətində qalıb ki, bu da böyük tıxaca səbəb olub.

 

Qeyd edək ki, bu ərazidə təmir işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188877

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR