Ağdamın “Qarabağ” komandası Polşa kollektivini məğlub edib

20:53 27 Yanvar 2015
340 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, AzərTAc 
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” komandası yanvarın 27-də hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib.
AzərTAc xəbər verir ki, Ağdam təmsilçisi Polşa çempionu “Legiya” komandası ilə qarşılaşıb. Oyun “Qarabağ”ın 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Reynaldo və Cavid Tağıyev fərqləniblər.
“Qarabağ” bundan əvvəlki yoxlama görüşlərində Xorvatiyanın “Split” (1:3) və Bolqarıstanın “Levski” (0:3) klublarına məğlub olmuşdu. İsveçrə “Sürix” komandası ilə isə bərabərə (1:1) qalmışdı.
“Qarabağ” klubunun Antalyadakı növbəti rəqibi Rusiya təmsilçisi “Mordoviya” olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agdamin_Qarabag_komandasi_Polsa_kollektivini_meglub_edib-827912

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR