Gürcüstanda əcnəbi vətəndaşlara Azərbaycan dili öyrədilir

Gürcüstanda əcnəbi vətəndaşlara Azərbaycan dili öyrədilir
21:09 27 Yanvar 2015
107 Sosial
Ölkə mətbuatı
A- A+

Tiflisdə M.F.Axundov adına Mədəniyyət Muzeyində əcnəbi vətəndaşlar üçün Azərbaycan dili kursları fəaliyyət göstərir. Muzeyin elmi işçisi Cəmilə Hacıyevanın APA-nın Gürcüstan bürosuna verdiyi məlumata görə, Tiflisdə və azərbaycanlıların kompakt yaşadığı bölgələrdə yaşayan əcnəbilər könüllü olaraq muzeyin kitabxanasına müraciət ediblər və onlara Azərbaycan dilini öyrətməyi xahiş ediblər: "Biz də bu xahişi nəzərə aldıq və Amerikadan və digər ölkələrdən gələn əcnəbilərə Azərbaycan dilini öyrətməyə başlamışıq. Artıq 3-4 nəfər bu dili üç ay ərzində öyrənib. Onu da deyim ki, dilimizi öyrənmək üçün Tiflisdə yaşayan gürcülər də bizə müraciət edirlər. Biz onlara Azərbaycan dilinin qrammatikasını və danışıq dilini öyrədir, dilimizin gözəllikləri haqqında ətraflı məlumat veririk. Bu sahədə müsbət irəliləyiş var. Bir çox əcnəbi vətəndaşlar Azərbaycan dilində sərbəst danışa bilirlər. Onu da qeyd edim ki, Azərbaycan dilini daha mükəmməl şəkildə öyrətmək üçün kitablarımız çox azdır. Biz əsasən, yerli azərbaycanlı müəlliflərin Azərbaycan dili haqqında nəşr etdirdiyi kitab və lüğətlərdən istifadə edirik", deyə C. Hacıyeva bildirib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191662

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR