x
Loading...

ŞOK İDDİA: Millimizin oyunu qumara qoyulub

ŞOK İDDİA: Millimizin oyunu qumara qoyulub
21:31 27 Yanvar 2015
432 İdman
Ölkə mətbuatı
A- A+
.

Azərbaycan yığmasının oyunu qumara qoyulub.

ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə Qazaхıstanın sportinfo.kz saytı çıхış edib.

Həmkarlarımızın iddiasına görə, AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində 2011-ci ilin 3 iyununda Astanadakı "Astana Arena"da keçirilmiş Qazaxıstan - Azərbaycan oyununun nəticəsi öncədən razılaşdırılıb.

Hücumçu Sergey Qridinin klubsuz qalmasına toxunan həmkarlarımız belə yazıblar: "Daha çox "Tobol"la oyuna və AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla danışılmış oyunda vurduğu qollarla yadda qalan Qridin indi özünə klub tapa bilmir".

Qeyd edək ki, həmin oyunda Qazaxıstan 2:1 hesabıyla qalib gəlmişdi. Sergey Qridinin 57-ci dəqiqədə hesabı açdığı oyunun 63-cü dəqiqəsində Vüqar Nadirov meydan sahiblərinə cavab vermişdi. Amma Qridin bundan 5 dəqiqə sonra dubla imza ataraq qazaxlara qələbə qazandırmışdı.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=322258

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR