x
Loading...
.

İŞİD ikinci yaponiyalı girovu 24 saatdan sonra edam etmək niyyətindədir

21:47 27 Yanvar 2015
227 Dünya
Ölkə mətbuatı
A- A+
.

[ 27 Yanvar 2015 21:41 ]


Bakı-APA. İŞİD terror qruplaşması girov götürdüyü ikinci Yaponiya vətəndaşı Kendzi Qotonu 24 saatdan sonra edam etmək niyyətində olduğunu elan edib. APA-nın “Frans Press”-ə istinadən verdiyi xəbərə görə, məlumata əsasən, edam İordaniyada həbsdə saxlanılan Səccidə ər Rişauyinin sutka ərzində azadlığa buraxılmayacağı təqdirdə baş tutacaq.  Səccidə ər Rişauyi 2005-ci ildə Ammanda partlayış törətməkdə ittiham olunaraq həbs edilib.  

 

Qeyd edək ki, İŞİD-in yaydığı video çarxda yaponiyalı girov Kendzi Qoto əlində silahlıların əsir götürdüyü iordaniyalı pilot Maaz Kəssasbehin şəklini tutub.  

 

Bundan əvvəl İŞİD girov götürdüyü Yaponiya vətəndaşıXaruna Yukavanı edam edib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370602

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR