Ərəb kişilərdən çağırış: "Twitter-də xanımların olması əleyhinəyik"

Ərəb kişilərdən çağırış: "Twitter-də xanımların olması əleyhinəyik"
22:05 27 Yanvar 2015
478 Maraqlı
Ölkə mətbuatı
A- A+

Twitter-dəki qadın istifadəçilərini şəbəkədən sıxışdırıb çıxarmağa yönələn səudiyyəli kişilərin səyləri nəticə verməyərək əks effektə səbəb olub.

Səudiyyə Ərəbistanında cinsi mənsubiyyətə əsaslanan seqreqasiyası adi haldır. Belə görünür ki, bəziləri onun internetə də şamil edilməsini görmək istəyirlər.
Milli.Az BBC-yə istinadən bildirir ki, ərəbcədən "Twitter-də xanımların olması əleyhinəyik" kimi tərcümə olunan həştəqlı tvitlərin sayı həftəsonu ərzində az qala yarım milyona çatıb.
 
Onun mənbəyi məlum deyil, BBC Trending xidməti bu həştəqlə yayılan ilk tviti tapa bilməyib.
 
Bu arada həştəq nəzərdə tutulduğundan fərqli istiqamət alıb. Beləki, onu paylaşanların əksəriyyəti sosial mediada cinslər ayrıseçkiliyi əleyhinə çıxış ediblər.
Qadınlar həştəq barədə rişxəndli şərhlər yazıblar.
 
"Axı niyə? Biz neyənəmişik ki?" istezalı sualını verən istifadəçilərdən biri şərhini göz yaşı tökən “smaylik” işarəsi müşayiət edib.
"Bu ilk həştaqı yazan şəxsdir," deyə bildirən başqa bir istifadəçi tvitinin altında keçi şəklini yerləşdirib.
 
Eyni zamanda qadınlardan bəziləri " Twitterdə kişilərin olması əleyhinəyik” intiqam messajlarını yaymağa başlayıblar. Hərçənd ki, bu həştəq cəmi 1500 dəfə tvitlənib.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/48914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR