İlk qadın yepiskop təsdiqləndi

İlk qadın yepiskop təsdiqləndi
22:05 27 Yanvar 2015
489 Maraqlı
Ölkə mətbuatı
A- A+

Anqlikan Kilsəsi York Baş Kilsəsində keçirilən mərasimdə ilk qadın yepiskopun təyinatını təsdiqləyib.

Milli.Az BBC-yə istinadən bildirir ki, 48 yaşlı Libby Lane yeni Stockport Yepiskopu rütbəsini alıb. Mərasimdə 1000-dən çox adam iştirak edib.
Kilsə qadın yepiskopların təyinatına icazə verən yeni qanunu ilk olaraq noyabrda qəbul edib. Bundan əvvəl yüzilliklərlə davam edən ənənəyə görə yepiskop rütbəsi yalnız kişilərə verilirdi.
 
Yeni qanun Anqlikanlar arasında fikir ayrılığı yaradıb.
 
Dəyişikliklərə qarşı olan keşiş mərasimi yubandırdı. York Arxiyepiskopu kilsəyə "xanım Lane yepiskop rütbəsini almalıdırmı" sualını verəndə, keşiş Paul Williamson "Bibliyada deyil" qışqırmağa başladı.
 
Dr John Sentamy sualı ikinci dəfə verəndə buna qarşı çıxan olmayıb və Libby Lane yepiskop kimi təsdiqlənib.
İki saat davam edən mərasimi Dr.Sentamu aparıb.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/49078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR