Azərbaycanda 212 tondan artıq narkotik vasitə məhv edildi

Azərbaycanda 212 tondan artıq narkotik vasitə məhv edildi
22:06 27 Yanvar 2015
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda narkotiklərlə əlaqədar 150 nəfərdən ibarət 58 cinayətkar qrup zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu barədə yanvarın 27-də DİN-də 2014-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib.

Qeyd olunub ki, transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə və insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər də məqsədyönlü olub. Narkotiklərlə əlaqədar 3046 cinayət, o cümlədən satışı ilə bağlı 801 fakt aşkarlanıb, 150 nəfərdən ibarət 58 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 2013-cü illə müqayisədə 9 faiz çox, bütövlükdə, 673 kq narkotik vasitə çıxarılıb, həmçinin 16 faiz çox narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.

Qanunsuz kultivasiya edilən 212 tondan artıq çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib. İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən tədbirlərlə 21 faiz çox və ya 97 cinayət faktı müəyyənləşdirilərək 19 nəfərdən ibarət 9 cinayətkar qrup zərərsizləşdirilib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=322254

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR