İddia: yığmamızın oyunu qumara qoyulub

İddia: yığmamızın oyunu qumara qoyulub
22:12 27 Yanvar 2015
118 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan yığmasının oyunu qumara qoyulub.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, belə bir iddia ilə Qazaxıstanın sportinfo.kz saytı çıxış edib.
 
Həmkarlarımızın iddiasına görə, AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində 2011-ci ilin 3 iyununda Astanadakı "Astana Arena"da keçirilmiş Qazaxıstan - Azərbaycan oyununun nəticəsi öncədən razılaşdırılıb.
 
Hücumçu Sergey Qridinin klubsuz qalmasına toxunan həmkarlarımız belə yazıblar: "Daha çox "Tobol"la oyuna və AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla danışılmış oyunda vurduğu qollarla yadda qalan Qridin indi özünə klub tapa bilmir".
 
Qeyd edək ki, həmin oyunda Qazaxıstan 2:1 hesabıyla qalib gəlmişdi. Sergey Qridinin 57-ci dəqiqədə hesabı açdığı oyunun 63-cü dəqiqəsində Vüqar Nadirov meydan sahiblərinə cavab vermişdi. Amma Qridin bundan 5 dəqiqə sonra dubla imza ataraq qazaxlara qələbə qazandırmışdı.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/48624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR