ATƏT Rusiyanı Ukrayna ilə sərhədi bağlamağa çağırıb

22:27 27 Yanvar 2015
230 Dünya
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 22:22 ]

Bakı-APA. ATƏT Parlament Assambleyasının sədri İlkka Kanerva Rusiyaya müraciət edərək Ukrayna ilə sərhədi bağlamağa çağırıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT-in rəsmi saytında dərc edilmiş məlumatda bildirir.

 

“Rusiya rəhbərliyi Ukraynada münaqişənin dinc yolla nizamlanmasının vacibliyi barədə bəyanatlar verib. İstənilən növ silahın və silahlıların Ukraynanın şərqinə axınının qarşısını almaq üçün mən Rusiyanı sərhədi bağlamağa çağırıram”, deyə İlkka Kanerva qeyd edib.    

 

“Sərhəd bağlandıqda toqquşmalardan ziyan çəkmiş mülki əhaliyə humanitar yardımın çatdırılması yolları müəyyənləşdirilməlidir”, deyə Kanerva əlavə edib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370603

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR