Play Store

ATƏT Rusiyanı Ukrayna ilə sərhədi bağlamağa çağırıb

ATƏT Rusiyanı Ukrayna ilə sərhədi bağlamağa çağırıb
22:47 27 Yanvar 2015
72 Dünya
Ölkə mətbuatı
A- A+

ATƏT Parlament Assambleyasının sədri İlkka Kanerva Rusiyaya müraciət edərək Ukrayna ilə sərhədi bağlamağa çağırıb.
 
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ATƏT-in rəsmi saytında dərc edilmiş məlumatda bildirir.
 
“Rusiya rəhbərliyi Ukraynada münaqişənin dinc yolla nizamlanmasının vacibliyi barədə bəyanatlar verib. İstənilən növ silahın və silahlıların Ukraynanın şərqinə axınının qarşısını almaq üçün mən Rusiyanı sərhədi bağlamağa çağırıram”, deyə İlkka Kanerva qeyd edib.
 
“Sərhəd bağlandıqda toqquşmalardan ziyan çəkmiş mülki əhaliyə humanitar yardımın çatdırılması yolları müəyyənləşdirilməlidir”, deyə Kanerva əlavə edib.
 
Milli.Az
 
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/48911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR