Play Store

Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında ikinci yerdədir

23:13 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Tbilisi, 27 yanvar, AzərTAc
Ötən il Gürcüstandan Azərbaycana ixrac olunan malların həcmi 2013-cü illə müqayisədə 23 faiz (165,5 milyon ABŞ dolları) azalaraq 544,4 milyon dollar təşkil edib. Bu, Gürcüstanın ümumi ixracatının 19 faizini təşkil edib.
AzərTAc Gürcüstan Milli Statistika İdarəsinə (Qruzstat) istinadən xəbər verir ki, keçən il bu ölkədən Azərbaycana 268 milyon dollar həcmində avtomobil ixrac olunub. Bu da 2013-cü illə müqayisədə 133,1 milyon dollar azdır. Hesabat dövründə Azərbaycana 2013-cü illə müqayisədə 17 milyon dollar çox, 57,3 milyon dollar həcmində armatur ixrac olunub.
Qruzstatın məlumatına görə, 2014-cü ildə Azərbaycandan da Gürcüstana ixracın həcmində azalma müşahidə olunub. Ötən il Azərbaycandan bu ölkəyə 638 milyon dollar həcmində mal ixrac olunub və bu, 2013-cü illə müqayisədə 2,3 faiz azdır.
Ötən il Gürcüstan 1,4 milyon tondan çox, təqribən 288 milyon dollar neft qazları və təbii qazı idxal edib. Bu, 2013-cü illə müqayisədə 27,1 milyon dollar çoxdur.
Hesabat dövründə Azərbaycandan Gürcüstana 2013-cü illə müqayisədə 35 milyon dollar az, yəni 241 milyon dollar həcmində (286 min ton) neft və neft məhsulları ixrac olunub.
Bununla belə, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşları sırasında ikinci yerdədir. Gürcüstanın Azərbaycan ilə xarici ticarət dövriyyəsinin həcmi 2014-cü ildə 1 milyard 182 milyon dollardan çox olub, bu da 2013-cü illə müqayisədə 11,3 faiz azdır.
Azərbaycan ilə ticarət dövriyyəsi Gürcüstanın xarici ticarətinin 10,3 faizini təşkil edib.
Xətayi Əzizov
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Gurcustanin_xarici_ticaret_terefdaslari_sirasinda_ikinci_yerdedir-827934

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR