Play Store

Bakıda əhaliyə tələ quranlar (VİDEO)

Bakıda əhaliyə tələ quranlar (VİDEO)
23:16 27 Yanvar 2015
176 Ölkə
Ölkə mətbuatı
A- A+

Mühafizəyə işə götürmə adı ilə 200-dən çox şəxs aldadıldı.

ANS TV-nin məlumatına görə, bu cür problemdən əslində heç kəs sığortalanmayıb. Bu iş axtaran istənilən şəxsin başına gələ bilər. İllər əvvəl belə tələlər Vahid bank, muncuq əməliyyatı adı ilə qurulurdusa indi vəziyyət bir qədər dəyişib. Əvvəlcədən depozit ödə sonra səni işə götürsünlər və yüksək əmək haqqı vəd etsinlər. Söhbət “Qala-BTX” və “Azər Mühafizə” adlı şirkətlərin insanların başına gətirdiyi oyundan gedir. İndi 200-dən çox şəxs məhz eyni tələyə düşüb ki, bu da fırıqdaqçılığın əhatə dairəsinin geniş olduğundan xəbər verir.

Paytaxt da daxil olmaqla respublikanın bir neçə rayonunda eyni şəxsə məxsus adıçəkilən hər iki şirkət insanları əvvəlcədən 1000 manatdan - 5000 manata qədər qurumun hesabına depozit ödəməklə işə qəbul edib. Bununsa müqabilində işçiyə vəd edirlər ki, qoyduqları depozitin 50 faizi miqdarında hər ay əmək haqqı alacaqlar. Daha dəqiq şirkətin vədinə görə, 5 min manat depozit qoyana, şirkət ayda 2500 manat maaş verməli idi.

Zərərçəkən Elnur İsmayılov: “2 min manat depozitin adın qoydular ki, müəyyən sənədlərin hazırlanmasına sərf ediləcəkr. Eyni zamanda mühafizədə çalışmaq üçün guya bizə liseynziya veriləcəkdir ki, biz həqiqətən də mühafizəni qurtarmışıq”.

5 ayın cəmi bir ay bu tərzlə maaş alan işçilərə oktyabrdan bəri bir qəpik də ödənilməyib. Zəhmət haqqını kəsən şirkət hələ üstəlik işçilərin boynuna xidmətə daha çox işçi cəlb etməklə yanaşı digər tələblər də qoyub.

Zərərçəkən Zaur Məmmədov: "Hamımızın qarşısına tələb qoyuldu ki, mütləq işə 5 nəfər məcburi cəlb etməlisiniz. Əks halda sizi işdən çıxaracağam. Kim işini itrmək istəyər? Ona görə də məcbur oldum mən də 3 nəfəri götürüb bura gəldim”.

Məqsədi müxtəlif tipli obyektləri qorumaq olan “Qala-BTX” və “Azər Mühafizə” şirkətləri lazımi prossedur qaydalardan keçərək vacib olan lisenziyanı alıblar. Bəlkə elə bu qanuni sənədin olması da daha çox adamın aldanmasına səbəb olub. Ekspertlər deyir ki, mühafizə şirkətləri qeydiyyatdan keçərək lisyenziya almaq üçün yalnız bircə dəfə 3 min manat məbləğində rüsum ödəyirlər. Amma bu rüsum mühafizə şirkəti yaradan şəxs ödəməlidir, işə qəbul olan yox.

“Ədliyyə Nazirliyində qeydiyyatdan keçdikdə, bunların nizamnamələri var. Bunların fəaliyyətini tənzimləyən bütün faktlar, hüquqlar, vəzifələr hamısı öz əksini tapır” – deyə ekspert Şəmsəddin Əliyev söyləyib.

Millət vəkili Çingiz Qənizadə isə məsələyə fərqli aspektdən yanaşaraq insanları belə hallarda daha diqqətli olmağa çağırır:

“Təsdiq olunan nizamnamədə depozit anlayışı ola bilməz. Yəni ədliyyə orqanları onu qeydiyyatdan keçirə bilməz. Vətəndaşlarımız da çox təəsüf ki, bunu tələb etmirlər. Onların əsasnaməsilə tanış olmalı və əsasnaməni oxumalı idilər”.

Daxili İşlər Nazirliyi zərərçəkənlərdən birinin müraciəti əsasında məsələni araşdırıb.

Dələduzluq edən şirkətin direktoru Vüqar Hüseynov zərərçəkmişlərə xeyli miqdarda zərər vurduğu üçün Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ittiham edilərək onun barəsində həbs-qəti imkan tədbiri seçilib. Yəqin ki, aparılan istintaqdan sonra zərərçəkmişlərə dəymiş maddi ziyan təqsirləndirilənin vəsaiti hesabına ödənilər.

Problem 5-10 nəfərin başına gəlsəydi onu bu qədər qlobalaşdırmazdıq. Məsələni diqqətdə saxlayacağıq.

Mənbə
ANS TV: Aytən Abdulova



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=322278

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR