Azərbaycan Müdafiə Nazirliyi: Ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü ələ keçirilib

11:22 27 Dekabr 2014
53 Sosial
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 11:17 ]

Düşmənin kəşfiyyat-təxribat qrupu xeyli sayda itki verərək geri çəkilib

Bakı - APA. Dekabrın 26-da axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.


APA-nın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb.

 

Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü, peşəkar hərbi qulluqçu, ilkin məlumata görə Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib.


Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367471

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR