“Uzanın, hamınız yerə uzanın..."

“Uzanın, hamınız yerə uzanın..."
23:27 27 Yanvar 2015
254 Dünya
Ölkə mətbuatı
A- A+

“Reuters”in xəbərində deyilir ki, Minneapolisdə şəhər valsinin əsas binasında bazar ertəsi keçirilən andiçmə mərasimində gözlənilməz hadisə baş verib. Silahlı şəxs atəş açaraq iki polisi güllələyib. Digər polislərdən biri isə ona atəş açıb. Videoda aydın görünür ki, şəhər rəhbərliyi ilk anlarda nə baş verdiyini anlamır.
 
Belə bir fonda silahlı şəxs aldığı yaradan dərhal ölüb. Ancaq güllə yarası almış polislərin həyatı üçün heç bir təhlükə yoxdur.
 
Milli.Az musavat.com-a istinadən bildirir ki, Minnesotanın yetkililərindən olan Mayk Karlson keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib.
 
Agentlik bildirir ki, andiçmə mərasimi polislər arasında keçirilirmiş. Onlara atəş açan isə kişi cinsindən olan yeniyetmədir.
 
Maraqlıdır ki, insidentlə bağlı bəzi məqamlar təhlükəszilik kameraları tərəfindən lentə alınıb. Şura üzvlərinin atəş səsindən sonra dairəvi kürsünün dalında gizlənməsi aydın görünür.
 
Şəhər Şurasının üzvü Con Elder isə hadisə zamanı silahı çəkərək bağırır: “Uzanın, hamınız yerə uzanın”...
 
Bildirilir ki, yaralı polislər xəstəxanaya çatdırılıb. Hadisənin səbəbi bəlli deyil.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/48398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR