x
Loading...
.

Avropa çempionatı bu ölkədə keçiriləcək

Avropa çempionatı bu ölkədə keçiriləcək
23:51 27 Yanvar 2015
457 İdman
Ölkə mətbuatı
A- A+
.

UEFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. ANS PRESS-in məlumatına görə, iclasda 2015-2018-ci illərdə keçiriləcək 11 mötəbər yarışın ev sahibləri müəyyənləşdirilib.

Avropa futbol qurumu bu il keçiriləcək futzal üzrə UEFA Kubokunun “Dördlər finalı”na təşkilatçılıq hüququnu Portuqaliyanın “Sportinq” klubuna verib. 2018-ci ildə keçiriləcək futzal üzrə Avropa çempionatına isə Sloveniya ev sahibliyi edəcək.

2017-ci ildə təşkil olunacaq U-19 yığmaları arasındakı Avropa çempionatının ev sahibliyi hüququ qonşu Gürcüstana verilib.

Futzal üzrə UEFA kubokunun “Dördlər finalı” (2015) - Lissabon, Portuqaliya
Furzal üzrə Avropa çempionatı (2018) - Sloveniya
U-21-lərin Avropa çempionatı (2017) - Polşa
U-19-ların Avropa çempionatı (2017) - Gürcüstan
U-19-ların Avropa çempionatı (2018) - Finlandiya
U-17-lərın Avropa çempionatı (2017) - Xorvatiya
U-17-lərın Avropa çempionatı (2018) - İngiltərə
U-19-ların (qızlar) Avropa çempionatı (2017) - Şimali İrlandiya
U-19-ların (qızlar) Avropa çempionatı (2018) - İsveçrə
U-17-lərın (qızlar) Avropa çempionatı (2017) - Çexiya
U-17-lərın (qızlar) Avropa çempionatı (2018) - Litva
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=322261

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR