“İnternetdən icazəsiz proqram və musiqi yükləmək haramdır”

“İnternetdən icazəsiz proqram və musiqi yükləmək haramdır”
23:57 27 Yanvar 2015
109 Maraqlı
Ölkə mətbuatı
A- A+

“İnternetdən icazəsiz proqram, kitab, musiqi, kino və buna oxşar şeylər yükləmək haramdır”.
 
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin Dəyanət İşləri Nazirliyinin yaydığı fitvada bildirilir.
 
Sorğuya cavab olaraq bildirilib ki, internetdən qanunsuz materiallar yükləmək başqasının əməyini mənimsəmək kimi qiymətləndirilir.
“Məhsulun sahibindən halallıq almadan onu götürmək olmaz. İslam əməyə böyük dəyər verir, haram qazanca qarşı çıxır”.
 
Fitvada Məhəmməd peyğəmbərin bir kəlamı da xatırladılır: “Heç kim öz əlinin zəhməti ilə qazandığı yeməkdən daha xeyirli qazanc yeməyib. Allahın peyğəmbəri Davud da öz əlinin əməyini yeyərdi”.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/48507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR