6 qolluq oyunda "Qəbələ" "sülh" gördü

6 qolluq oyunda "Qəbələ" "sülh" gördü
00:56 28 Yanvar 2015
457 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün sonuncu - 7-ci yoxlama oyununu keçirib.

ANS PRESS-in məlumatına görə, baş məşqçi Roman Qriqorçuk komandasını Türkmənistan klubu ilə oyunda sınayıb.

Belə ki, "Qəbələ"nin rəqibi "Altın Asır" klubu olub. Oyun 3:3 hesabı ilə başa çatıb. Ruslan Fomin dubl edib, Cavid Hüseynov bir qol vurub.

Qeyd edək ki, "Altın Asır" klubu 2008-ci ildə yaradılıb. 7 yaşlı komanda 2009-cu ildə Türkmənistan Kubokunu qazanıb, 2014-də ölkə çempionu olub. Türkmənistandan təlim-məşq toplanışı üçün Antayaya yollanan yeganə komanda olan "Qəbələ"nin rəqibinə yerli mütəхəssis Yazgüli Hocagəldiyev başçılıq edir.

"Qəbələ" bundan əvvəl Antalyada Hollandiyanın PSV II (0:0), Türkiyənin "Eskişəhərspor" (1:3), "Adanaspor" (3:2), Ukraynanın "Vorskla" (2:1), Rusiyanın "Kuban" (0:2) və Macarıstanın "Haladaş" (2:0) klubları ilə qarşılaşıb.

Antalya
Yoхlama oyunu
27 yanvar

Qəbələ (Azərbaycan) - Altın Asır (Türkmənistan) 3:3
Qollar: Cavid Hüseynov, 34. Ruslan Fomin, 48; 53.
Qəbələ: 22. Dmitri Bezotosnı (30. Anar Nəzirov), 4. Elvin Camalov, 7. Ruslan Əmircanov, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov, 16. Ruslan Tağızadə (34. Ürfan Abbasov), 18. Ruslan Fomin, 19. Aleksey Qay, 27. Bəxtiyar Soltanov, 32. Mixail Sivakov (9. Viktor Mendi), 44. Rafael Santos.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 12. Aleksandru Benqa, 13. Murad Musayev, 17. Qismət Əliyev, 23. Emin Zamanov, 25. Adrian Ropotan, 87. Bəhlul Mustafazadə, 90. Ekiqo Ehiosun, 99. Tellur Mütəllimov.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=322297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR