Yaser Ehsan da "O səs Türkiyə"ni tərk etdi - video

Yaser Ehsan da "O səs Türkiyə"ni tərk etdi - video
01:21 28 Yanvar 2015
274 Şou
Ölkə mətbuatı
A- A+

"O səs Türkiyə" yarışmasında "Çarpaz duellər" başlayıb.

Axşam.az-ın xəbərinə görə, yeni mərhələnin ilk günündə Cənubi Azərbaycandan olan iştirakçı Yaser Ehsan səhnəyə çıxıb.

Gökhan Özoğuzun komandasında yarışan Yaser Cem Karacanın repertuarından "Dadaloğlu" parçasını səsləndirib. Tamaşaçı səsverməsində o, Mazhar-Özkan cütlüyünün təmsilçisi Ceydaya qarşı yarışıb.

Sonda çox az səs faiziylə geridə qalan həmyerlimiz yarışmanı tərk edib.

Qeyd edək ki, “TV8” kanalında Acun İlıcalının aparıcı olduğu səs yarışmasının münsiflər heyətində müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alıblar.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25656

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR