Avropa Komissiyası Gürcüstana 13 milyon avro həcmində qrant ayırıb

01:57 28 Yanvar 2015
225 Dünya
Ölkə mətbuatı
A- A+

[ 28 Yanvar 2015 01:41 ]


Gürcüstan. Nizami Məmmədzadə-APA. Avropa Komissiyası Gürcüstana 2013-cü ilin avqust ayında  təsdiq edilmiş 46 milyon avro maliyyə yardımının ilk hissəsi çərçivəsində 13 milyon avro məbləğində qrant ayırıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Avropa İttifaqının Gürcüstan nümayəndəliyi mətbuata şərh verib. Şərhə görə, yaxın gələcəkdə kreditlər şəkilində veriləcək 10 milyon avro da bu ödənişə daxil olacaq.

 

Məlumata görə, 2015-ci ilin ortalarında Gürcüstana ayrılacaq yardımın ikinci hissəsi 23 milyon avro təşkil edəcək, bunun 10 milyonu qrant və 13 milyonu isə kreditlər formasında verilməyi planlaşdırılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370610

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR