“Qəbələ” komandası yarımmüdafiəçi Markinyoş Karioka ilə yollarını ayırıb

“Qəbələ” komandası yarımmüdafiəçi Markinyoş Karioka ilə yollarını ayırıb
02:23 28 Yanvar 2015
425 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, AzərTAc 
“Qəbələ” futbol klubu yarımmüdafiəçi Markinyoş Karioka ilə yollarını ayırıb.
Klubdan AzərTAc-a bildiriblər ki, 2014-2015-ci il mövsümünün əvvəlindən “Qəbələ”nin formasını geyən futbolçu komandanın heyətində 13 oyun keçirib. Ötən il avqustun 23-də Topaz Premyer Liqasının III turunda “Bakı” ilə oyunda (2:0) “Qəbələ”nin heyətində debüt edən M.Karioka çempionatda 12 oyunda 700 dəqiqə meydanda olub. O, bu müddətdə 1 qol və 1 sarı vərəqə ilə diqqəti cəlb edib. Futbolçu noyabrın 20-də XII tur çərçivəsində AZAL ilə oyunda (3:3) yeganə qolunu vurub. Braziliyalı futbolçu 55 dəqiqə meydanda olduğu 1 kubok oyununda iştirak edib.
Dekabrın 18-də “Sumqayıt”la səfərdə keçirilən qarşılaşma (1:1) isə Markinyoş Kariokanın “Qəbələ”nin heyətində son matçı olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qebele_komandasi_yarimmudafiechi_Markinyos_Karioka_ile_yollarini_ayirib-827938

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR