Bakıda məktəbdə lal-kar uşağın burnunu sındırdılar (VİDEO)

Bakıda məktəbdə lal-kar uşağın burnunu sındırdılar (VİDEO)
02:51 28 Yanvar 2015
575 Ölkə
Ölkə mətbuatı
A- A+

Eşitimə və nitq qüsurlu 11-ci sinif şagirdi təhsil aldığı məktəbdə döyülüb.

ANS TV-ni məlumatına görə, hadisə bazar günü Nizami rayonu, 3 saylı əqli cəhətdən qüsurlu uşaqlar üçün 3 saylı xüsusi təhsil məktəbində baş verib. Zərəçəkənin qohumu Ağabacı Baxşıyevanın iddasına görə, qardaşı oğlu məktəbin içində tanımadığı şəxslərin hücümuna məruz qalıb. Şikayətçinin dediyinə görə, qardaşının 3 övladı var ki, onların da hamısı eşitmə və nitq qüsurludur. Xanım iddia edir ki, onlardan biri 21 yaşlı qardaşı oğlu Elnur Baxşıyev təhsil aldığı məktəbdə döyülüb.

Hadisə yanvarın 18-i tarixində məktəbin 2-ci mərtəbəsində baş verib. 3 nəfər şəxs Elnuru döyərək ona bədən xəsarətləri yetirib. Hətta zərəçəkənin burnu da sınıb. Bunu sübut etmək üçün bizə həmin hadisənin həvəskar görüntüləri də təqdim olunub.

Şikayətçi Ağabacı Baxşıyeva qeyd edir ki, məktəb direktorunun sözlərinə görə, Elnuru kiməsə hədə qorxu gələrək ondan pul tələb edib: “Bu zaman Elnuru yolda məktəbi bitirən uşaqlar döyüblər. Elnuru isə onları tanımır. Bacım isə deyir ki, bu iş məktəb direktorunun əli ilə olub. Elnuru məktəbi bitirən uşaqlarla heç bir əlaqəsi yoxdur. Hazırda Elnur 11-ci sinifdə oxuyur. Onlar isə 3 il bundan öncə məktəbi bitiriblər”.

Şikayətçinin iddiası ilə bağlı ANS əməkdaşının məktəbin direktor Bahar Kərimova ilə danışmaq istəyi baş tutmayıb.

Özünü mülayim müəllimə kimi təqdim edən pedoqoq, yalnız onu bildirdi ki, bu hadisə məktəbdə yox kənar ərazidə baş verib. Daha geniş mövqe tələbi mülayim müəllimənin sərt reaksiyasına səbəb oldu.

Mənbə
ANS-TV Xəbərçi Ruslan Eldaroğlu



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=322281

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR