Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib - FOTOSESSİYA

Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib  - FOTOSESSİYA
02:57 28 Yanvar 2015
207 Digər
Ölkə mətbuatı
A- A+

[ 28 Yanvar 2015 02:48 ]

Bakı. Mahir Məmmədli-APA. Ziya Bünyadov prospektinin Nəsimi rayonu ərazisindən keçən hissəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, "Mercedes" və KİA markalı minik avtomobilləri toqquşub. 

 

Şaiq Nağıyev idarə etdiyi "Mercedes" markalı avtomobillə Ayna Sultanova heykəli istiqamətində hərəkətdə olarkən dairəyə yaxınlaşanda sürətini azaltmayıb və Azadlıq prospekti istiqamətində hərəkətdə olan, Rəna Abdullayevanın idarə etdiyi KİA markalı avtomobillə toqquşub. Nəticədə KİA-nın sürücüsü və sərnişinləri - 15 yaşlı Samir Salehli, 11 yaşlı Camal Salehli və adı hələlik məlum olmayan qadın sərnişin müxtəlif dərcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaralıları Kliniki Tibbi Mərkəzə çatdırıb. Qəza nəticəsində avtomobillərə də ciddi ziyan dəyib.

 

İlkin ehtimala görə qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı araşdırmalar aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370612

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR