Ledi Qaqanın modelyeri Bakıda (FOTO)

Ledi Qaqanın modelyeri Bakıda (FOTO)
11:46 27 Dekabr 2014
120 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda möhtəşəm moda şousu keçirilib. ANS PRESS-in məlumatına görə, “Four seasons” oteldə “HADIJE MARKA”nın təqdimatı (Turkish Fashion Day) baş tutub.

ANS PRESS-in məlumatına görə, təqdimatda Orlando Bloom kimi dünya ulduzuyla çalışmış Özgür Mansur, Sofia Buşla işbirliyində olan Dilek Hanif, Ledi Qaqaya geyim hazırlayan Zeynep Tosun, uzun müddət Ajda Pekkanın şəxsi dizaynerləri olmuş Raisa Vanessa, Tuvanna Büyükçinar, Zeynep Erdoğan, Gamze Saraçoğlu, Serli Keçeoğlu, Özlem Suer və Türkiyədə modanın yaradıcılarından hesab edilən Yıldırım Mayruk kimi məşhurlar olub.

Bir-birindən gözəl libasları təqdim edilən gecənin baş manikeni azərbaycanlı Günay Musayeva olub. Dizaynerlər azərbaycanlı modasevərlər üçün 75-ə yaxın paltar nümayiş etdirilib.

Gecənin rəngləri isə boz, gümüşü, qızılı, qara və qırmızı olub. Bu rənglərin ön planda olduğu defilədə ipək, tüldən hazırlanan geyimlər svarovski daşlar, tük və krisrallarla bəzədilib.

Nərgiz Cəlilovanın aparıcılığı ilə baş tutan “Turkish Fashion Day” Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Türkiyənin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə baş tutub.
Gecədə yerli şou-biznesdən Zülfiyyə Xanbabayeva, Zamiq, Azərbaycanın "Eurovision" təmsilçiləri olan Samir Cavadov, Elnur Hüseynov, Miri Yusif, Briliant Dadaşov, İlqar Muradov və başqa tanınmışlar da iştirak ediblər.

Nümayişi işıqlandırmaq üçün Türkiyənin tanınmış "Hürriyet", "Sabah", "Habertürk", "Akşam" qəzetlərinin, eləcə də Star və Kanal D kanallarının nümayəndələri iştirak ediblər.


























RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR