Azərbaycan Konqreslər Bürosu 2015-ci ildə ilk beynəlxalq turizm sərgisində uğurla iştirak edib

05:53 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, AzərTAc
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu “CONVENTA 2015” beynəlxalq işgüzar turizm sərgisində ilk dəfə olaraq ölkəmizi uğurla təmsil edib.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, büro Sloveniyanın paytaxtı Lyublyanada təşkil olunan sərgiyə ölkəmizin biznes turizm potensialını yüksək səviyyədə təmsil etmək məqsədilə xüsusi stendlə qatılıb. Büro sərgi çərçivəsində korporativ və təşviqat görüşləri sahəsini təmsil edən alıcılarla 30-dan çox görüş keçirib. Azərbaycanın turizm sahəsinə ən çox Rusiya, Polşa, Çexiya, Britaniya və Almaniya təmsilçiləri maraq göstəriblər.
Dünyanın 50-dən çox ölkəsinin turizm sahəsini təmsil edən şirkət və təşkilatları bir araya gətirən “CONVENTA” sərgisi xüsusən Cənubi və Şərqi Avropa ölkələrinə istiqamətlənir. Sərgi hər il Türkiyə, Avstriya, İtaliya, Sloveniya, Xorvatiya, Serbiya, Monteneqro, Makedoniya, Bosniya və Hersoqovina, Rumıniya və Macarıstan kimi ölkələrdən 120-dən çox peşəkar alıcı cəlb edir.
“CONVENTA” beynəlxalq sərgisinin iş prinsipi, məlumat alınması və qarşılıqlı əməkdaşlıq üzrə platformaların təşkili kimi vacib məsələlərdə biznes görüşlərinin daha səmərəli olmasına əsaslanır. Sərgi turizm sahəsində çalışan şirkət və təşkilatlara biznes şəbəkəsi təqdim edir. Eyni zamanda, görüşlərin idarəsi və məkanların marketinqi kimi müxtəlif mövzularda dərin bilik əldə etmək imkanları və ən yaxşı təcrübə nümunələri təklif edir.
2013-cü ilin sonlarından fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə irimiqyaslı beynəlxalq tədbirlərin respublikamızda keçirilməsinə nail olmaq, ölkənin beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliğ etmək və konfransların təşkili sahəsini inkişaf etdirməklə iqtisadiyyatımızın mühüm elementi kimi təşviq etmək daxildir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Konqresler_Burosu_2015_ci_ilde_ilk_beynelxalq_turizm_sergisinde_ugurla_istirak_edib-827941

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR