Xəlfəli faciəsi: 23 il ötür

Xəlfəli faciəsi: 23 il ötür
06:01 28 Yanvar 2015
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Erməni silahlılarının Dağlıq Qarabağda mülki əhaliyə qarşı törətdiyi növbəti terror hadisəsindən 23 il ötür. ANS PRESS-in məlumatına görə, 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan 27137 saylı "Mİ-8" mülki vertolyotu ermənilər tərəfindən Xankəndi istiqamətindən qumbaraatanla vurulub.

Terror hadisəsi Şuşanın Xəlfəli kəndinin yaxınlığında baş verib. Hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü olmaqla, 44 nəfər dünyasını dəyişib.

Bundan əvvəl isə 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökümət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - 19 nəfər vəfat edib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=322330

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR