x
Loading...

Soyunan azərbaycanlı model: “Kişi yaraşıqlı olmasa da olar” (FOTO)

Soyunan azərbaycanlı model: “Kişi yaraşıqlı olmasa da olar” (FOTO)
06:51 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+
.

Çılpaq fotosessiyaları ilə məşhurlaşan model Nuridə Əliyeva bir sıra yeni açıqlamalar verib.

ANS PRESS oxu.az-a istinadən cazibədar model Nuridə Əliyeva ilə eksklüziv müsahibəsini təqdim edir.

- Salam Nuridə xanım. Model biznesinə necə gəldiyiniz barədə danışın, zəhmət olmasa.

- Mən hər zaman model olmaq istəmişəm və oldum da.
Ərizə verdim, məni dəvət elədilər. Model məktəbinə gəldikdə isə mənə artıq çəkimin olduğunu dedilər, əslində isə mənim heç bir zaman bununla problemim olmayıb. Mən yalnız bu məktəbin astanasından addımlamaq üçün arıqladım. Dörd ay ərzində bizə dəfilə, poza vermək, aktyorluq sənətini tədris edirdilər. Eləcə də etiket və psixologiya dərsləri keçirilirdi. Hər gün aerobika ilə məşğul olur, düzgün qidalanma tədris edilirdi. Kurs bitdikdən sonra mənə diplom təqdim edildi. Bundan sonra model kimi işləməyə başladım.

- Çox cəsur qızsınız, bizim cəmiyyətin çərçivələri ilə razılaşmırsınız. Yerli mentalitet sizə yaşamağa mane olmur ki?

- Xeyr, mane olmur. Mən ruhumun və təfəkkürümün harmoniyasında yaşayıram. Məni kütlədə addımlayan insanların fikri maraqlandırmır. Mənim şəxsi mentalitetim var. Mən özüm olmaq kimi əsl dəbdəbəyə izin verirəm. Ətrafımda mənə və mənim yaradıcılığıma hörmət edən və sevən insanlar var. Mən bundan çox razıyam.

- Mən bir dəfə sizin kitablar haqqında sözlərinizə rast gəlmişdim. Siz oxumağı çox sevirsiz? Hansı kitablar sizə daha çox təsir edib? Hansı müəllifləri sevirsiz?

- Düşündürən kitabları sevirəm. Məsələn: P.Koelyo “Kimyagər”, Rey Bredberi “Farengeyt üzrə 451 dərəcə”, Stefan Sveyq “Naməlum qadının məktubları”, Verber “Mələklər imperiyası” kimi əsərləri bəyənirəm. Eləcə də L.N.Tolstoy, İ.S.Turgenev, F.M.Dostoyevski, A.P.Çexovun psixoloji təhlilinin dəqiqliyinə heyranam.

- Sizcə bizim gəncliyin əsas problemi nədir?

- Ümumiləşdirmək istəməzdim, amma gənclərin əksəriyyətinin həm mənəvi, həm də intellektual böhranının sürətini gördükdən sonra yaxşıya ümid etməkdən başqa çıxış yolu görmürsən. İntellektin səviyyəsinin faciəvi-komik enməsi insanlarda şəxsi fikrin olmamasına gətirib çıxarıb. Hamı bir-birinin fikirlərini və mülahizələrini köçürür, səbəb isə inkişaf etmək istəyinin olmamasıdır. Cahillik gəncliyin problemidir.

Bu əqli kasıblıqdan qurtulmaq üçün yalnız çox az sayda olan gənclərə ümid qalır.

- Qeyd etmək lazımdır ki, sizin məşhur “Nyu” fotosessiyanız həqiqətən çox estetik alınıb, vulqarlığın kölgəsi belə yoxdur. Buna necə nail olmusuz?

- Hər şeydə gözəlliyi sevirəm. Soyunmaq bacarıq və buna hazır olan gözəl bədən tələb edən bir sənətdir. Gözəlliyin bitdiyi, vulqarlığın başladığı sərhədi aşmaq olmaz. Qədim yunandan Ezop gözəl, amma əxlaqsız birinə deyib ki, sən bəlkə də gözəl geyinirsən, lakin çox iyrənc şəkildə soyunursan. Bax, ikinci vəziyyətə düşməmək üçün hər zaman qızıl adlandırılan orta həddi qorumaq lazımdır.

- Gözəl və məşhur xanımlara çox zaman çəkici təkliflər edirlər. Məsələn, bir yerdə şam yeməyi və s. Siz belə bir şeylə qarşılaşmısız?

- Mən saat altıdan sonra milyard da versələr yemək yemirəm (gülür).

- Gələcək planlarınız haqqında danışardınız. Siz Azərbaycanı hər hansı bir xarici tədbirdə təmsil etmək istərdinizmi?

- Öz ölkəmi istənilən zaman təmsil edə bilərəm, əsas odur ki, tədbir layiqli olsun və mən bunu istəyim.

- Azərbaycan model biznesinin inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

- Model biznesi Azərbaycanda müqayisədə yenidir. Bu biznesə olan tələbatın səviyyəsinin aşağı olmasının səbəbi yerli geyim, kosmetika və ətriyyat brendlərinin, jurnal və dəb həftələrinin olmamasındadır. Son illərdə bu sahədə uğurlar müşahidə edilir, düşünürəm ki, əgər əldə edilənlərlə kifayətlənməsək nəticədə hər şey alınacaq.

- Yerli gözəllik müsabiqələri haqqında təzadlı şayiələr gəzir, əsasən də münsiflərin çox zaman bitərəf olmamaları barədə. Bu məsələ ilə bağlı sizin fikriniz necədir?

- Təəssüf ki, bu fakt mövcuddur. Qaliblərin çoxunu xarici görünüşünə və daxili aləminin zənginliyinə görə deyil, təklif olunana görə seçirlər.

Yalnız münsiflərə heç nə təklif etməyən iştirakçılar olduqda, münsiflər məcburən layiqli olanı qalib seçirlər. Çünki böyük gəlir əldə etmək şansları olmur. Ona görə də layiq olan qıza qələbə nəsib olur.

- Siz kimi gözəl qadın hesab edirsiz?

- Xarici görünüşü gözəl olan qadın çoxdur, misal üçün, Bridcit Bardo, Sofi Loren, Naomi Kembell, Ancelina Coli və s.

- Bəs ən yaraşıqlı kişi?

- Bəlkə bu qəribə görünəcək, amma mənim üçün məhz kişi gözəlliyi dedikdə müəyyən gözəllik mövcud deyil. Kişinin gözəlliyi xarici görünüşündə deyil, məhz davranışında təzahür etməlidir. Kişi yaraşıqlı olmaya bilər, kişi mütləq cəsur, alicənab, intellektə malik və mehriban olmalıdır. Gözəlliyə və formalara isə biz malik olmalıyıq, kişilər isə qoy qadına qulluq etməyi öyrənsinlər.

- Siz həddən artıq arıq qadınlara olan müasir dəbə necə baxırsız? Arıqlamaq həvəsində olan yeniyetmə qızları anoreksiyadan necə qorumaq olar?

- Yüksək moda bu xəstəliyin əsas səbəblərindən biridir. Gözəllik ovuna çıxan qızlar düzgün qidalanmaq və idmanla məşğul olmaq əvəzinə bədən quruluşlarını korlayırlar. Bu qızların özünəqiymətləri çox aşağıdır, onlar heç də gözəllik etalonu hesab edilmirlər. Qadın iştah yaratmalıdır, onu yedirmək istəyi yox. Bu qızlar başa düşmürlər ki, onlar gey-dizaynerlərin qurbanlarıdırlar, onlar üçün qadının kişidən fərqlənməməsi vacibdir, çünki məhz bu zaman onların yaratdıqları əsərlərdən diqqət yayınmayacaq. Qızlar anlamalıdırlar ki, anoreksik bədən quruluşu ilə yalnız gey-dizaynerlərin diqqətini cəlb etmək olar.

- Siz yaşlanmaqdan qorxursunuz?

- İstənilən yaşda özümü taleyin töhfəsi hesab edəcəm və illər keçdikcə də gözəlləşəcəm (gülür).

Yaşlanmaqdan qorxmuram. Əsas o qocalıq yaşına çatmaqdır və bu həyatı elə yaşamaq lazımdır ki, xatırlamalı çox şey olsun. Elm və texnologiya günbəgün inkişaf edir, əminəm ki, bəşəriyyət çıxış yolu tapacaq.

- Seçəcəyiniz adamı necə təsəvvür edirsiniz?

- O, mənə qarşı mehriban və diqqətli olmalıdır. Hökmdar səviyyəsinə çatmadan hökm etməyi bacarmalıdır.

- Ailə sizin üçün vacibdir? Uşaq arzulayırsız?

- Ailə qurmaq çox ciddi addımdır və mən yalnız öz kinder-sürprizlərimi kiməsə verməyə hazır olduğumda bu addımı atacam.

- Dinə olan baxışınız maraqlıdır. Siz imanlı insansız?

- Mənim mənəviyyatımda o qədər din yer alır ki. Hər bir dindən özümə aid olanı götürürəm. Bu, mənim mənəviyyatımı yaradır. İmanlı insanmıyam? Bunu, yalnız Allah bilir.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=322326

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR