x
Loading...
.

Biz nə üçün messencerlərdən belə asılıyıq?

Biz nə üçün messencerlərdən belə asılıyıq?
06:54 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+
.

Hazırda dünyada müxtəlif işlər üçün nəzərdə tutulmuş mobil tətbiqlər mövcuddur. Amma yeni smartfonların başqa imkanlarına baxmayaraq, ilk telefonun yaradılmasından bəri bir məsələ (smartfonların hamısı insanların bir-biri ilə əlaqə saxlamasına imkan yaradır) dəyişməz qalır.

 

"ICTnews" elektron xəbər xidmətinin verdiyi xəbərə görə, insanlar gün ərzində mətn mesajları, elektron poçt, “Skype”, “Twitter” kimi proqramlara üstünlük verərək daha az zəng edirlər. Mobil tətbiqlərin interfeysi mükəmməlləşdirilir və biz indi öz məlumatlarımızı ən əlverişli formatda ən münasib vaxtda göndərə bilirik.

 

İnsan sosial varlıqdır və bütün bu texnoloji həllər bizə axtardığımız "tayfa" əlaqəsini yenidən yaratmağa kömək edir. Bundan başqa insanların ünsiyyət üçün xidmətlərdən asılılığının gizli səbəbləri var.

 

Bu asılılıq 4 davranış mərhələsinə əsaslanır:

 

Triqqer

Hərəkət

Mükafat

İnvestisiya

 

 

Triqqer

 

Triqqer (ingilisdən tərcümədə "tətik" deməkdir) – hansısa bir xarici və ya daxili siqnaldır. Məsələn, “WhatsApp” messencerində yeni mesaj haqda bildiriş xarici siqnal ola bilər. Daxili siqnal – bu, sıxıntıdan və ya müəyyən emosiyadan yaranır. Nəticədə istifadəçi, məsələn, “Facebook” sosial şəbəkəsini açır və xəbərləri oxuyur.

 

Nəticədə, istifadəçi daxili triqqerlə assosiasiya formalaşdırır və xarici siqnala artıq ehtiyac qalmır.

 

Hərəkət

 

Yeni mesaj haqda bildiriş istifadəçiyə mobil tətbiqin ikonkasına sıxmağı təklif edir. İkonkaya sıxdıqda mobil tətbiq açılır və xəbər oxunur.

Bu vərdiş formalaşdıqda istifadəçi müəyyən daxili hissini (məsələn, sıxıntı) sakitləşdirmək üçün bu sadə hərəkəti avtomatik edə bilər.

 

Mükafat

 

Skinnerin motivasiyanın gücləndirilməsi nəzəriyyəsi bu davranışı ətraflı təsvir edir: bu vəziyyətdə məmnunluq doğuran istənilən hərəkət mövcud vəziyyətlə assosiasiya edilir.

Bundan başqa, Skinner aşkar edib ki, mükafat müxtəlif intervallar vasitəsilə verilirsə, o zaman mükafatın alınması üçün daha çox hərəkət edilir. Vacib mesaj gözləyən zaman telefonu dəfələrlə yoxlamağı yəqin xatırlayırsınız...

 

İnvestisiya

 

Son mərhələ xidmətdən gələcəkdə istifadə ehtimalını artıraraq ona öz yeniliklərini daxil etməkdir. Bu, dizaynın yenilənməsi, maraqlı məzmun seçimi, dostların dəvəti və sairə ola bilər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191680

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR