Mətbəx sirləri: Pizzette

Mətbəx sirləri: Pizzette
07:05 28 Yanvar 2015
445 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az italyan mətbəxindən xırda pizzaların hazırlanma qaydasını təqdim edir

Tərkibi:

xəmir:

500 q un
3 x.q. zeytun yağı
1 ç.q. duz
250 ml isti su
1 paket quru maya (7 q)
1 x.q. şəkər tozu

iç:

150 ml tomat sousu
1/4 ç.q. duz
1 x.q. zeytun yağı
3/4 x.q. oreqano qurusu
300 q motsarella pendiri
yaşıl zeytun (hər pizzaya yarım zeytun)
40 q vetçina (yaxud kolbasa)

Mayanı və şəkəri isti suya səpib isti yerə qoyun. 10-15 dəqiqə saxlayın. Un, duz, zeytun yağı, gəlmiş mayanı qarışdıraraq xəmir yoğurun. Xəmirin həcmi iki dəfə artana qədər (təxminən 2 saat) isti yerdə saxlayın.

Vetçina (kolbasa) və zeytunu doğrayın. Motsarellanı sürtgəcin xırda gözündən keçirin.

Sobanı 190 dərəcə qızdırın.

Xəmir gələndən sonra onu 15 bərabər hissəyə bölüb kündələyin. Hər birini əlinizlə basaraq 1,2 sm qalınlıqda yayın.

Bunları perqament döşənmiş siniyə düzün. Hər birinin üzərinə tomat sousu çəkin.

Sobada 15 dəqiqə bişirin (tam bişməlidir, bu vaxt az və ya çox da ola bilər).

Sobadan çıxarıb üzərinə motsarella pendiri, vetçina (kolbasa), zeytun qoyun, yenidən sobada təxminən 5 dəqiqə, pendir əriyib qızılı-qəhvəyi rəng alanadək bişirin.

Nuş olsun!

Resept: vk.com/cookinder

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/320063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR